İnsan yalnız bir dəfə gəlir dünya üzünə,Yalnız bir yol baxırıq aya, ulduzlara biz.Ah, ikinci bir ömrü verə bilsələr mənə!Yox, bu yalnız arzudur, ömür birdir, şübhəsiz.

Bu məni qorxutmayır, qorxutmayır, sevgilim,Qoy günəşin üzünü bircə yol görüm, nə qəm!Düşünürəm arabir, ürəyimdə nisgilim,Birdən bu bir ömrü də mənalı keçirməsəm...

Sevgilim, istərəm ki, bağ salam, evlər tikəm,İsti, soyuq bilmədən ellərə keşik çəkəm –Sən ömür kitabımı yalnız belə varaqla.

Yaylı çarpayılarda yataraq axşamı, səhər,Ömrü nəşə içində mən başa vursam əgər,Sevgilim, and verirəm: nə yas tut, nə də ağla!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets