Aləmi palçıqdan yaradıb, yapdm,Yapıb da neylərsən, bundan sənə nə?Xəlq edib insanı cahana saldm,Salıb da neylərsən, bundan sənə nə?

Baqqalmısan, tərəzini neylərsən?İşin, gücün yoxdu, könül teylərsən,Qulun günahını kitab eylərsən,Lap çıxdın sonuna, bundan sənə nə?

Bu Miskin Abdalm haqdı sözləri,Soldu gözəllərin gül bənizləri,Od-alova düçar etdin bizləri,Yıxdm qullarını, bundan sənə nə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets