Qüdrətdən yaradıf yaradan səni,Məğrur dayanıfsan sən, Ağrı dağı.Şöhrətin tutufdu cümlə cahanı,Məftunam hüsnünə mən, Ağrı dağı.

Başında qış olar, ətəyində yay,Təksən bu dünyada, yoxdu sana tay.Qartallı qoynundan kəsməz, hay-haray,Çəkilməz başınnan çən, Ağrı dağı.

Nuhun gəmisinnən bir xəvər söylə,Karvana yetmirəm, sarvanı əylə.Bu Miskin Abdala inayət eylə,Danış bircə kəlmə, din, Ağrı dağı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets