Bahar vaxtı yol başdadım Təbrizə,Günüm qaldı, ayım qaldı, il qaldı.Öz elimdə mələkmisal gözəllər-Yanax qaldı, dodax qaldı, tel qaldı.

Savah-savah yarpaqlara şeh düşür,Gül bülbülnən, bülbül gülnən öpüşür.Asimanda ulduzdarı sayrışır,Tufan qaldı, şimşək qaldı, sel qaldı.

Bu güllərdən dəstələ, al əlinə,Miskin Abdal, apar canan elinə.İzin versə, düz yarının telinə,Çəmən qaldı, çiçək qaldı, gül qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring