Ələstü-Rəbbi cəm xitab olanda,Xub qailəm o adma, ya Əli.Sənin pənahına iman gətirdim,Bərqəraram o sevdana, ya Əli.

O “zey”, “fey” adma o nuri səfa,Yetişsin şəninə hər quli-kəfa,Varlığın mənası dini-Mustafa,Sərxeyli-karvanm Cüda, ya Əli.

Fəthi şəhri - Zərrin, qatili - Salsal,Mürşüdü-Cəbrayıl, şahi-beyzaval,Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal,Müsəmmasan bir Minada, ya Əli.

Əzrayıl çəmgəlin cana çalanda,Ruhlar pərvaz olub cəsəd qalanda,Üz xakə döşənib zəlil olanda,Özün yetiş o fəryada, ya Əli.

Məhşər günü özün tutarsan camı,Tutmuş ətəyindən nikü-bad, hamı,Seçmə muxsullardan Miskin Qulamı,Kərəm et kövsərdən badə, ya Əli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets