Vurulmuşam
VURULMUŞAM ürəyimdən – belə vurğu gözəldir.Qabaq-qənşər dayanmısan, tanıyırsan düşməni.Vurulmuşam kürəyimdən – bu kəmfürsət bir əldir,O, boynuma keçirər də bir sabunlu eşməni.
BÖLÜNMÜŞƏM tikə kimi, bölünmüşəm zər kimi,Elə bil ki, bölünməkçün doğulmuşam anadan.Hər bəlaya, hər əzaba mən dözərdim ər kimi,Bax, bircə bu bölünməkdir ürəyimi qanadan.
Bəzən məni görmək belə istəməyib düşmənim,Öz varlığım ola-ola gəlib özgə üstünə.Bu ÜSTƏGƏL! Toxunsa da qüruruma bu mənim,Namərd olub durmamışam özgəsinin qəsdinə.
ÇIXILMIŞAM siyahıdan, ali-ali məclisdən,Çıxılmışam ləziz-ləziz nemətli süfrələrdən.Bəzən də heç bilməmişəm təsadüfən, ya qəsdənÇıxılmışam o yerdən ki, olmalıydım orda mən.
Bu dünyada daş-kəsəkli yollar çıxıb qarşıma,Fəqət yenə yerimişəm, dönməmişəm əlbəəl.Sən bilmirsən ömrüm boyu yüz yol gəlib başımaVURULMA, bu BÖLÜNMƏ,Bu ÇIXILMA, ÜSTƏGƏL.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-vurulmusam
Use ← → keys to move, R for a random poem
More by this author
Yüz süfrədə müftə nemət dadsan da,Yalnız əməyinə minnətdar ol sən.
Süfrə nəğməsiAy eloğlu, biz toyuna gəlmişik,Məclisimiz məclislərə calansın.
Dünya ovcumdadırDünya ovcumdadır nəğmələriylə,Dünya ovcumdadır qəm-kədəriylə,
Yollarda axtar məniMəni yollarda axtar,Eniş-yoxuş yollarda.
Poems by other poets
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
DünyadaSəadətdə kəskin oldu kimin baxtı dünyada,Kani-saxa nəzər etdi, ya xoşbaxtdı dünyada.
Neyləyək, məsələ bitir, deyəsənNeyləyək, məsələ bitir, deyəsən,Bizdən icazəsiz ayrılır yollar.