Neyləyək, məsələ bitir, deyəsən
Neyləyək, məsələ bitir, deyəsən,Bizdən icazəsiz ayrılır yollar.Hər yol qərq olubdur qaranlıqlara,Hər yol ayrıcında bəlkə işıq var?
Hər yol gözlərinin yanından keçir,Bəlkə işıqlandı təbəssümündən?Eh, neçə gündür ki, yol yorğunuyamHəmin təbəssümün işığında mən.
Bəlkə o işıqda görəcəyəm ki,Tale, əleyhimə gülən hakimdir.Bəlkə də güləcək talelə birgə,Həmin təbəssüm ki, mənə həkimdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-neyleyek-mesele-bitir-deyesen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Aman fələk, mürvət fələk, dad fələk,Bidad fələk, zülmün nümayan oldu.
Ey gül, səni hər kəs ki, sevib bəxtəvər olduEy gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,Eşqində bir ancaq mənim ömrüm hədər oldu.
Ey cəmalın gülsitani baği-minudur manaEy cəmalın gülsitani baği-minudur mana,Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana.
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.