Üç yaşına çatıram
Tale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.Ağıl başda deyil, ruh da bədəndə,Xəstə düşüb qürbət eldə yatıram.
Həm Əliyəm, həm Vəliyəm, həm dəli,Işlərim ah – vayla getmir irəli.Vətəndi könlümün şeyrü, qəzəli,Aç mədahın, nə istəsən satıram.
Sol qolu sağ əllə tuta bilmirəm,Yumulmur kirpiyim, yata bilmirəm,Qəm mənə yoldaşdı, ata bilmirəm,Yavaş - yavaş qəm gölündə batıram.
Əs, ey səba yeli, dolan dağları,Vətəndi kiridən mən tək ağları.Ömür bostanımın solur tağları,Qəza tutub, mən ağlımı atıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-uc-yasina-catiram
Use ← → keys to move, R for a random poem
More by this author
Sözün ziyanı yox, sazın ondan çox,Sənətkar görəndə xoflanma bir də.
Yaşılbaş sonalar göllərə gəlirGöy buludlar arasından süzülüb,Qatar - qatar nizamlanıb düzülüb,
Zamanənin ələyindən ələndimZəmanənin ələyinnən ələndim,Can içində cana gəldim,doğuldum.
Telli QarıBir gün Mahmud ağa qapıda durmuşdu. Əlini gözünün üstünə qoyub uzaqlara baxırdı. Birdən xeyli uzaqlarda bir atlı görüb xeyli təəccübləndi:– Bu atlı kimdi belə? Hər kimdisə mənim yanıma gəlir. Qoy gəlsin.