Şanlı vətənimin hər qarışında,Hər daş altda bir igidim, ərim var.Savaş meydanında, yetmiş yaşında,Rəcəb adlı bir yüzbaşı nərim var.

Zirvədəyəm, qorxutmayır çən məni,Sala bilməz heç kim burdan gen məni.Oğul kimi bas bağrına sən məni,Özüm boyda bir sehirli sirrim var.

Ucaltmışam hər bir yerdə səsimi,Tanıyırlar soykökümü, nəslimi.Qaxtağanlar dana bilməz əslimi,Türk oğluyam, burda mənim yerim var!

Qul Heydərə aranlı de, dağlı de,Bu vətənə, bu mahala bağlı de.Hər vaxt mənə bu torpağın oğlu de,Çünki, burda “Təbriz” adlı pirim var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland