"Vətən bağı" al-əlvandır
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.Bu nə əzablı dövrandır,Köksün altı, sarı bülbül?!
Səhərin gülşən çağında,Nə gəzirsən bağı, bülbül?!Oxudun, ağlım apardın,Oldun mənə yağı, bülbül!
Bülbül, sən nala çəkərsən,Göz yaşın gilə tökərsən,On bir ay cəfa çəkərsən,Bir ayı da zarı, bülbül!
Bülbül, geyibsən al yaşıl,Qolların boynumdan aşır.Ağlamaq mənə yaraşır,Qoy ağlayım, barı, bülbül!
Bülbül səni kim uçurtdu,Kim daldan dala qaçırtdı,Kim sənə badə içirtdi,Kimlər oldu sarı, bülbül?!
Kitabxana.az · https://kitabxana.az/en/works/agabeyim-veten-bagi-al-elvandir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir gəlinin gözlərinin,Yağışı öldürdü məni.
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Bülbül mənim əfqanıma qatlanmadı uçduBülbül mənim əfqanıma qatlanmadı uçdu,Yanm gecə qönçə yuxudan durdu və köçdü.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.