Qəmginsən nədətı? Söylə, dildar bircə gül
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qəmginsən nədətı? Söylə, dildar bircə gül,
Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Cövrü-cəfa bu aləm ara çəkmək adətin,
Dur bir ayağə, seyr eylə gülzar, bircə gül.
Sən bidamaq olma, tut saqidən ayaq,
Al bir əlinə, mən görüm, çal tar, bircə gül.
Ya bir qədər get səhni-çəmən gəz, dolan, otur,
Mən saz edim indi səmavar, bırcə gül.
Cəngü çəğan, neyü dəf, tarü bərbütü
Cəm etmişəm, qalıb clə mizmar, bircə gül.
İsi, Sadiq, Hacı Hüsü, ol Kərim ilə,
Hazır olarlar indicə bunlar, bircə gül.
Beylə deyil ki, yox, Qaradaği, bir əhli-dil,
Çoxdur bu yerdə həddindən aşar, bircə gül.
Kitabxana.az · https://kitabxana.az/en/works/hasenali-xan-qaradagi-qemginsen-nedeti-soyle-dildar-birce-gul
Use ← → keys to move, R for a random poem
More by this author
Ney tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.
Ol kəs ki, məni öldidi, indi beylə getdiOl kəs ki, məni öldidi, indi beylə getdi,Qan ilə xizab əlləri, şəmşir ilə getdi.
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir banaRuzi-əvvəl bilməzəm kim necə qismətdir bana,Gecələr göz xabə uymaz, ah adətdir bana.
Salubdı indi nəzərdən, gedüb, o yar məniSalubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
Poems by other poets · Love
Dur uru, ey saqiyi-məhru bizə,Sun bərü bir qaç qədəh vinu bizə.
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.