Kədər başdan-başa sinəmi tutmuş,Nəfəs almağa da yer saxlamamış.Fəsillər astaca üstündən keçər,Əriməz ordasa boranlı bir qış.

Bircə qış fəslini qəbul eyləyər,Bir-biri üstünə yığılar qışlar,Sinəmdə hökm edərikiqat, üçqatSıx yağandolular,qarlar,yağışlar.Bir insan nəfəsi əridə bilərSinəmin hakimi bu ağır qışı.Amma o gözdə də bir qış görürəm –Tökər qış üstünəqarı,yağışı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring