Məni çəkirlər divanə,Şəbnəm düşəndə sünbülə,Ərzimi eylərəm xana,Şeyda bülbül gəlir dilə,Bu can qurban şirin cana,Naşı bağban dəyməz gülə,Başın bir sultanı vardır,Bu bağın bağbanı vardır,Əlində gör narınc soyar,Əlində reyhanı vardır.

Əlində gör narınc soyar,Qəmər üzlü çıxdı dağa,Qabığın boş qaba qoyar,Lalə döşün verdi dağa,Səni görən bəyim doyar,Naşı bağban girmə bağa,Elin bir cananı vardır,Bu bağın bağbanı vardır,Gözəl köyçək canı vardır,Əlində reyhanı vardır.

Dik hamayıl taxmasın,Vəhşi quşlar oxumasın,Bağbanı bağdan qovmasın,Bu bağın bağbanı vardır,Əlində reyhanı vardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring