Ağlama
Aylar-illər mən yolunu gözlədim,Düz ilqarlı Bəsti xanım, ağlama.Yandırdın sən məni kabab eylədin,Sənə qurban şirin canım, ağlama.
Bu dünyada belə olubdu adət,Varlılar yoxsula verir əziyyət.Bizə də bir qapı açılar əlbət,Varım-yoxum, din-imanım, ağlama.
Mən Aşıq Alıyam, illər ayrısı,Məcnun tək gəzirəm çöllər ayrısı.Bülbüləm, bağlar tək güllər ayrısı,Ey munisim, mehribanım, ağlama.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-aglama
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Mürəbbə: Bu məkanda müşk ənbər yeri var
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,