Yaran tutub afaqı, hamı qəm bahalıqdan,Əfqanə gəlib mərdümi-aləm bahalıqdan.

Hifz eyləsin xaliq bizi bundan bətərindən,Yalvarmıya naməhrəmə məhrəm bahalıqdan.

Bir elə cavanmərd hanı sahib-dövlət,Qoysun füqəra zəxminə mərhəm bahalıqdan.

Çox kimsənə xar oldu, gedib izzəti əldən,Çox kimsə olub xeyli mükərrəm bahalıqdan.

Yarəb nə bəladır bu tutub xalqı sərasər,Yox eyləmiyən şikvə bir adəm bahalıqdan.

Hər kimsənin vardır əgər dövlət və malı,Olmuş onların xatiri xürrəm bahalıqdan.

Bir təkyəyə təkyə eyləmişdir neçə yüz şəxs,Olmayıb onların halətı dərhəm bahalıqdan.

Bu əsrdə yarəb hanı Mən ibn Süleyman,Bədl eyləyə mənənd-i-Hatəm bahalıqdan.

Yarəb sən özün görmə rəva nakəs və dunə,Ta inki ola gərdənimiz xəm bahalıqdan.

Yalvartma bizi bir para namərd ləimə,Etmə bizə dərdü-qəmi təvam bahalıqdan.

Qıymaz verə bir ləqmə zəif və füqəraya,Eylər qarnını köksünə mədd-i-qəm bahalıqdan.

Əhli füqranın baxıb əhvalinə ağlar,Bəlkə baş açıb İsa Məryəm bahalıqdan.

Bir ildi ki tədriclə bu payəyə yetmiş,Allah bilir artıqdı müqəddəm bahalıqdan.

Bilmərəm nə zaman karə gələr dövlət və nemət,Biçarə olub bir para adəm bahalıqdan.

Amma eylərəm bir para əvzaə təmaşa,Tapmış hərə öz nəfsinə bir çəm bahalıqdan.

Qənd müftə, düyü, yağ və qoyun, çay və qoqalı,Göstərmiş özün hər biri Hatəm bahalıqdan.

Birçə mən biçarəyə əlhəq deyə bilmən,Xoş keçmədi bu mahi-Müharrəm bahalıqdan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets