Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Könül şəhbazını əldən uçurdum, taqəti getdi,Düşüb pərvazə meyil etməz, sınıbdır pərrü bal, ağlar.
Mənəm o bağibani-baği-möhnət kafəti*-dövran,Yıxıb gülzari-ömrümdən necə tazə nihal, ağlar.
Sirişkimlə xəyalım yadigari-ruzi-firqətdir,Budur, vəchi ki, onu saxlaram hər mahü sal, ağlar.
Əziza, qaldı həsrət həşrə tək didar didarə,Kəsildi hər tərəfdən, yox bir ümmidi-vüsal ağlar.
Demən fəryadi-zərimdə əbəs dağlara ün düşmüş,İtirmiş gözlərim səyyadi bir türfə qəzal, ağlar.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çətindir can bədəndən cismi-tər yanından ayrılmaq,Odur bu gündə düşdükcə, Vidadi xəstəhal ağlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-yene-nasad-konlum-buldu-yuz-yerden-melal-aglar
Use ← → keys to move, R for a random poem
More by this author
Seyri-gülşən etsən, ey gülüzarım,Bülbül oxur, bağlar sədayə düşər,
Səba, əhvalımı bir-birSəba, əhvalımı bir-birVarıb ol yarə ərz eylə.
Yenə bir leylivəş yara dil verdikYenə bir leylivəş yara dil verdik,Könül Məcnun təki divanələnmiş,
Yenə yad eylədim keçən günləriYenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,