Səba, əhvalımı bir-birVarıb ol yarə ərz eylə.Qəmü dərdi-dilim şərhinDeyib, dildarə ərz eylə!

Gedərsən kuyinə yarın,O qəddi-sərv rəftarın,Fəğanın bülbüli-zarınGüli-gülzarə ərz eylə!

Desən mən zarü giryandan,Vüsudi, bağrı büryandan,Dəmadəm tiği-hisrandanSiyər sədparə, ərz eylə!

Səba, gəl seyri-gülzar et,Gülü reyhanı bidar etTəbibə dərdim izhar et,Qəmi qəmxarə ərz eylə!

Vidadi xəstə bimarın,Bəlayi-eşqdən zarın,Sözün müştaqi-didarınYetir Sananə, ərz eylə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love