Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.

Ya rəb, ol gözlər nə bağın nərgizi-şəhlasıdır,Kim, qəmindən cismü canım natəvan olmuş durur.

Eylə kim, bülbül yeri gülşəndir, ey gülyüzlü yar,Könlümə kuyin məqamı gülsitan olmuş durur.

Onca çəkdim möhnəti-hicrin ğəmin, ey bivəfa,Cövri-eşqindən vücudim natəvan olmuş durur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ta Xətai gördi ol hüsni-cəmalın, ey günəş,Gör necə aləm dilində dasitan olmuş durur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love