Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyf,Aldı könlümü vəfadar olmadı, heyf oldu heyf,

Saxlar idim qəhrini könlümdə daim can kimi,Sirrimi faş etdi, əsrar olmadı, heyf oldu heyf.

Kim ki, yüzbin məkr ilə qıldı məni səndən cüda,Yüz bəlayə ol giriftar olmadı, heyf oldu heyf.

Firqətin oduna yandım, canü dil oldu kəbab,Kimsə halimdən xəbərdar olmadı, heyf oldu heyf.

Maqta — the closing couplet bearing the poet’s pen name. Eşq əlindən xəstə düşdü bu Xətainin təni,Ləblərindən bircə timar olmadı, heyf oldu heyf.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love