Samovar gərək
Dəhrdə arifərə,Çay samovar gərək,Ondan əzəl bir gözəl,Narlıca dilbər gərək.
Mehriban xalis kətan,Büllur ola stəkan,Çayı qoyan qız cavan,Zülfü müənbər gərək.
Podnos ola rəng-bərəng,Narınc, limon, badrəng,Çay qutusu da qəşəng,Belə müqərrər gərək.
Çay Xəta və Xotən,Tacir əhli-Yəmən,Yəni Papofdan gələn,Ləl bərabər gərək.
Çay verən arvad ola,Təbxdə ustad ola,Qolları şimşad ola,Ləbləri əhmər gərək.
Çayın üçü qaydadı,Dördü cana faydadı,Çay ki yetişdi beşə,Onu içən xər gərək.
Kitabxana.az · https://kitabxana.az/en/works/el-sairleri-adsiz-samovar-gerek
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.