Tülkü
Gəzərdik küh-səhra seyr edib, ey binəva tülkü,İrişdi sənə dövrandan kənə nagəh cəfa, tülkü.
Səfayi-eyş edərdik hər zaman bu küh-səhrada,Nə hasil kim, sənə uğraşdı ta kim bir bəla, tülkü.
Nişati-zövq üçün çıxdın, əcəl tutdu girəbanın,Nə çarə, gər izə caəl-qəza zaqəl-fəza, tülkü.
Bu ordui-müəllada müinin olmadı bir kəs,Yaratmışdır mənim tək kim səni bikəs Xuda, tülkü.
Qara boz ala atlar düşmüş ardınca aman verməz,Əzəldən çox gəlibdir mən kimi bəxti qara tülkü.
Düşər əlbəttə girdabi-bəlayə qərq olur bişək,Gər olmazsa bu kəştidə hünərvər naxuda, tülkü.
Tökülüb atlar ardınca, qaçaqdır çün aman verməz,Yeddinci göylərə çatdı səndən bir səda, tülkü.
O surax əmin içrə oturaydın sən, ey möhtal,Təəddi eyləməzdi canına sui-qəza, tülkü.
Əcəb heyvani-la yə'ləm olub qaçdın biyabana,Fələk döndərdi çərxin, qaldı bu küh-u qəya, tülkü.
Keçirdin nəfs üçün dünyada, qalmaz əmri-Mövladır,Bəqadarın güzət, baqi deyil dari-fəna, tülkü.
Ölümdən zərrə ah etmə, bu da bir qeyri-nemətdir,Fəna mülkündə bəsdir etdiyin zövq u səfa, tülkü.
Sənin bu zülmlə fövt olmağın heç görməsin gözlər,Əcəb bəxti-bəlayə düşdün, olmazsan rəha, tülkü.
Rubahım, sən ölüncə olsa yekdir min köpək candan,Nidim, ha, belə dövr etdi bu çərxi-bivəfa, tülkü.
Şaqal, xirs, meymun həm qabanlar, qara geysinlər,Tutub matəm sənin çün ağlasın hər bir tula, tülkü.
Şaqali-vəhşinin banqi-qiriv olsa gər hər şəb,Sənin bu matəm üçündür, deyildir maəda, tülkü.
Gəlib dürlü bəlalar başına, ardın gedər...Bu nə fel-i-əda oldu, bu nə dərd u bəla, tülkü.
Kitabxana.az · https://kitabxana.az/en/works/el-sairleri-adsiz-tulku
Use ← → keys to move, R for a random poem
More by this author
Bu bəs deyil gətirübdürBaşıma yüz kələk səndən,
Kərayli: Könül, çox ah-u zar etməKönül, çox ah-u zar etmə,Yetirdin canə sən məni,
Sevmişəm(Arış) mülkünün Muğan tayındaBir dilbər-məh cəmalı sevmişəm,
SevdiyimQərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,