Sən təki bir dərdə məndə düşmüşəm,Qoyma acıqlansın ana, qardaşım,Gəl belə yalvaraq biz anamıza,Bəlkə dərdimizi qana, qardaşım.

Anam istər eşqimizi savuda,Biz baxmarıq hərgiz belə ovuda,Fələk salıb bizi yanar bir ota,Gərək qalaq yana-yana, qardaşım.

Biz düşmüşük bir bəlalı davaya,Gedəcək canımız badi-fənaya,Üz döndərib çölə, dağa, səhraya,Sən Məcnun ol, mən divanə, qardaşım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets