Can nəqdin əgər etsən,Ey şux, təmənnasən,Bir guşeyi-çeşm ilə,Elə mənə imasan.

Saxlardı əvəz billah,Öz Yusifini Yəqub,Kənanda gər olsaydın,Ey şux, dil-arasən.

Aşiq qanını mey tək,Ol şux həlal etmiş,Ey pir-i-müğan, yoxsaVerdin belə fətva sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets