Sən çıx bu minbərdən doğrunu söylə,Yalvarma kimsəyə Tanrıdan başqa!Küskünsə taleyin, son ona küsmə,Dinlə qədir səsin, çalış-çabala!

Bu bəxtsiz millətin daddığı acı,Çalış əlac olsun, diriltsin onu!Düşmən başındakı o zəfər tacı,Görsün ki, ər qəmin deyildir sonu

Qüruru cahandan, nuru haqdan alHidayət etməyə yol azanları!Gəlməsin yardımsız qəlbinə həlal,Yardım: münavələr... sübh əzanları!

Təmiz al alnındakı tozu, torağı,Haqq üçün açdığın əllərinlə sil!Qalxıb, bir də enməz elin bayrağı,O sənin, o mənim əlimdədir, bil!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love