Ömür dedikləri, çarpaşıq bir yol,O çarpaşıq yolun yolçusuyam mən.Gəl, yolum üstündə bir sözüm vardır,Gözəl qız, bu yolda Xızırım ol sən!

Sevda dedikləri çılğın bir dəniz,Bən çıxdım denizə, qaldım yelkənsiz.Bən ölmək, qurtarmaq istəməm sənsiz,Sənsiz hər ikisi nə gündür bilsən?!

Söylərsəm dərdimi göydə yıldıza,Olur pək pərişan dərd yaza-yaza...Bir soran yoxdur ki, o gözəl qıza -Verdiyi dərdlərin dərmanı kimdən?!

Çılpaq omuzlara pərişan tellərTökülər, aşiqi pərişan eylər.Neyləyim, dərd bilən deyil bu ellər,Ağla, yazıq könlüm, yoxdur bir kimsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets