Hərbzadələrə
Ey görünməz dost elindən gələn quş!Hansı murdar əllər yıxmış yuvanı?Qəribmisən, yoxsa nədir bu duruş!
Əlindənmi aldı ovçu balanı?Ovçu, görüm yavrun sənə qalmasın,Əkdiklərin solsun, kölgə salmasın!
Qərib bacı, gözün nədən yaşarmış?Öpmədinmi nişanlım doyunca?— Fələk sənə nə istərsə yaparmış?.. -Ağladınmı qaçdığm yol boyunca -Dikmə gözün hər yalqızca məzara,Gedən gəlməz, bacım, baxma yollara!
Aşıqlardan səs yox, sazları qalmış,Çoban, sürün hanı, tozları qalmış?!Ellər köç eyləmiş, izləri qalmış,Yolları qar basmış, yox gəliş-gediş,Sizə nə çox ağır keçdi bu yıl qış?!
Baxdım o yerlərdə buludlar ağlar,Məzarlığa dönmüş bağçalar, bağlar,Maralsız qaldınız, a qarlı dağlar,Tutan olsa Sizdən maral sorağı.Görəcək ki, hər yer düşman yatağı!
Nişan məclisində şərbət kasasıQırılmış, yerlərə şərbət tökülmüş.Baxdım, çalır sazlar ölüm havası;Toylar qara geymiş, bellər bükülmüş,— O yerlərdə daha gəlin köçərmi?!Bu qanlardan adil Allah keçərmi?!
Didilmiş bədənlər, yolunmuş saçlar…Dağılmış yuvalar görmək istərsən;Qardan kəfən geymiş, yoxsullar ağlar,O ellərdə nə var bilmək istərsən, -Sənə bir kamança hər şeyi söylər,Mən bir kamançayam, tellərim inlər!
"Əzizim, ay har aylar,Hər həftələr, hər aylar.Gözü yolda dul bacımız"Qardaş" deyib haraylar" !Onlar sana göz dikərkənŞərab içmə, düşün bir az.Ey, hər zaman "mərdim" deyən!Bundan artıq fürsət olmaz!
Ay ağalar, ay xanımlar,Görün, sizə göz dikən var!..
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-herbzadelere
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Utan şərm eyləgil həqdən,Dur ey qafil nə yatıbsan,
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.