Gürcüstan
Mən ömrümün ən canlı,Ən çılğın çağlarında;Dolaşdım GürcüstanınMamırlı dağlarında.
Seyrə çıxdım ilk əvvəlTiflisin yanlarında.Dedilər ki, “durma, gəl,Suram ormanlarında.
Qadın bir hökmdarınMazğallı bir bürcü var.Bir issiz ormanlarınHər yerində gürcü var.
Qarşılar səni katsoŞən və gülər üzilə.İçərsən bir içim su,Gürcülərin özilə” .
Çıxdım mən də yuxarıBaxaraq çılğın Kürə.Çıxdım dağlara sarı,Dost izlər görə-görə.
Ruhum çiçəklər dərdi -Nə həddi, nə hesabı;Dadlı bir nəşə verdiKaxetiyanın şərabı.
Axşamladıq bir dəfəRion çayı boyunda.Əyləndim, baxdım kefəGürcülərin toyunda.
Yaxşı yadımda qalmışGah atlı, gah piyada;Üç ay qədər bütün qışGəzdim Minqrelyada.
Görən bilir, GürcüstanYosunlu bir diyardır.Gürcüstanın can alanGözəllikləri vardır.
O zaman mən gəzərkənGürcüstan torpağında,Qanlı bir ləkə gördümÇarlığın bayrağında.
Sorunca gürcülərdənO sirrin mənasını,Açdılar mənə birdənMəmləkətin yasını.
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-gurcustan
Use ← → keys to move, R for a random poem
More by this author
Demişdin: “Ölüm do ayırmaz bizi!”Sənə kim demişdi, de, bu cümləni?
Məhəbbət gələndə insan ömrünəMəhəbbət gələndə insan ömrünə,Sanırsan hər yerə ilk bahar gəlib,
Sanki varlığımı salırlar bəndəSanki varlığımı salırlar bəndə,Sevən könüllərdə qəm ötüşəndə!
Mənə nə lazımdır gündə bir gözəlMənə nə lazımdır gündə bir gözəl,Onları dişimə çox vurmuşam mən.
Poems by other poets
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,