ذکر بیفکر علم بی‌عملستدل بیعشق چشم پر سبلست

Əməlsiz bir elmdir fikirsiz zikir,Eşqsiz ürək nursuz bir göz kimidir.

حلقهٔ ذکر حلقهٔ دل تستگلهٔ ما ز حلق پر گل تست

Ürək həlqəsidir zikrin həlqəsi,Boşboğaz olmağın yaxar hər kəsi.

ذکر در دل چو جای کردو نشستبانگ خواهی بلند و خواهی پست

Zikir yer taparaq əyləşən ürək,Səs uca, ya alçaq eynidir, gerçək.

آنکه نامش همیبری شنواستگر نداری فغان و نعره رواست

Eşidir hər şeyi ad çəkdiyin kəs,Odur, nərə, fəğan eyləmə əbəs.

وآنکه سر حروف می‌داندبی‌زبان و حروف میخواند

O kəs ki sözlərin bilir sirrini,Dilsiz, danışıqsız qanacaq səni.

نتوانش سپاس، فکر آنستحاضرش میشناس، ذکر آنست

Şükr edə bilməsən, məsləhət budur,Hər yerdə hazır bil, ibadət budur.

لال گردی و گنگ ارین دانیور ندانی، کرا همی خوانی؟

Sən lal, kar olsan da bunu bilirsən,Bilmirsən, bəs kimi çağırırsan sən?!

آنکه او را نه آشنایی توبه کدامش زبان ستایی تو؟

Tanış olmadığın bir kəsə belə,Sitayiş edirsən hansı dil ilə?!

دل نادان ز کار سست آیددم ز دانش زنی درست آید

Nadanın ürəyi işdə süst olar,Elmdən söz salsan o, dürüst olar.

هیچ دانی که رویت اندر کیست؟چو ندانی خروش بیهده چیست؟

Sən ki heç bilmirsən üzün kimədir,Bu, yersiz özündən çıxmağın nədir?!

دل غایب به بانگ محتاجستکه چو حاضر شود به معراجست

Qeyb olmuş bir ürək haya möhtacdır,Əgər hazır olsa, bu bir meracdır.

چو دلت با زبان نشد هم عهدزشت باشد به ذکر کردن جهد

Əgər bir olmasa dil ilə ürək,Əslində yaramaz zikrə cəhd etmək.

یار باید دل و زبان باهمتا توان زد ز نام پاکش دم

Dil ilə ürəyin dost olan zamanOnun pak adına layiq olarsan.

دل چو پر نقش و رنگ باشد و بویبه زبان هر چه بایدت میگوی

Qəlbində dolusa həvəs, hiylə, rəng,Dildə nə söyləsən hədər gedəcək.

در دلت دار و گیر تاراجستزان به تلقین پیر محتاجست

Ürəyində as-kəs salmışdır talan,Pirin təlqininə, odur, möhtacsan.

پیر داند که کیست لایق ذکر؟هر کسش چون ادا کند بی‌فکر؟

Hər kəs düşünmədən bir söz söyləyir,Zikrə kim layiqdir yaxşı bilir pir.

همه را گر به ذکر بنشانینرهی هرگز از پیشمانی

Əgər sən hamını zikrinə qoşsan,Qurtara bilməzsən peşimanlıqdan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love