Şəhidlərə
-Azərbaycandakı osmanlı şəhidlərinə*
Qalx, qalx! Sarmaşıqlı məzar altından,Gəlmiş ziyarətə qızlar, gəlinlər.Ey karvan keçidi, yollar üstündə,Hər gələn yolçuya yol soran əsgər!
Sənin qovduqların yabançı xanlar,Qurtardı ölkəmi tökdüyün qanlar!Bax nasıl öpməkdə tozlar, dumanlar,Qərib məzarını mənlə bərabər!
Sənin qanındanmı düzlərdə böyləQüdrət bitirmişdir sayılmaz lalə?!Dost elindən qopdu bir yanıq nalə,Yoxsa o nalənin ruhumu söylər?!
Keçərkən göylərdən bir qatar durna,Ağlar buraxdığın gözləri sorma!Bax doğru çıxmaqda gördüyün röya,Bəslədiyin əməl bu gün gülümsər.
Çarıqlı qardaşın sadədil köylü,Gəldi məzarına bir örük ördü.Toplanıb baş-başa hər üçü-dördüHər gün köylü qızlar dərdini dinlər!-10 mayıs 1919, Gəncə**
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-sehidlere
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Mən səni həyatda daşa dəyişdim,torpağa dəyişdim, məzara döndün.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər:
Həyatda ümidÜmid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?