Könül, ara dostlarını,O da səni gəzər bir gün.İki mirqəzəb əyləşib,Xeyir-şəri yazar bir gün.

Ey yükü tunc olan kimsə,Nağdısı verc olan kimsə,Nütfədən kəc olan kimsə,Doğru yoldan azar bir gün.

Yazıq Musa eylər dilək,Bu qəm bizi qoymaz gülək.Demədimmi çarxı-fələkBu dövranı pozar bir gün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate