Ey ağalar, gəlin sizə söyləyim,Qabağa kəsilmiş tel istər könül,İstəmirəm fəryad, üzmə qönçəni,Yarpağı solmamış gül istər könül.

İnci mərcan düzüb dişə dodağa,Canım qurban, başım ona sadağa,Yusif-Kənanə verim qədağa,Üçcə gün yanağında xal istər könül.

Eşqim kitabını almaz nəzərə,Mah camalın saldı məni azara,Mən sərrafam, durub getməm bazara,Cəvahir qoynundan ləl istər könül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets