Dilbər, səninlə meylər içələm,Bu dünya kimsəyə qalmaz, əfəndim.Bu fani dünyada ləzzət çəkələm,Bu dünya kimsəyə qalmaz, əfəndim.

Dünyanın bir adı fanidir, fani,Beş gün qonaq saxlar ancaq insanı,Təxtindən endirmiş çox Süleymanı,Bu dünya kimsəyə qalmaz, əfəndim.

Bayquşların məskəni çöldür əzəldən,Bülbülün dilbəri güldür əzəldən,Atalardan qalma sözdür əzəldən,Bu dünya kimsəyə qalmaz, əfəndim.

Dünyanın bir adı quru qəfəsdir,Ona könül bağlamaq təmam əbəsdir,Bu sözü söyləyən Şah Abbasdır,Bu dünya kimsəyə qalmaz, əfəndim.

Uçurma bülbülü əlində ikən,Qaçırma şahbazı qolunda ikən,Sürə kürdüranı əlində ikən,Bu dünya kimsəyə qalmaz, əfəndim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets