Ustalar
Ərz idim mən sizə bu ustaların yalanın,Nəhyini əzbər ediblər o əziz Mövlanın.
Deyəsən yoxdu sual onlar üçün məhşərdə,Kəfi-zülmətini pür eylədilər mizanın.
Cümlə alayiş olub kizb, dürüğ və böhtan,Doğrudur gər desələr birliyini Sübhanın.
Cabəca bir neçəsin kəşfi-xəlayiq eyləyim,İtiqadı ola saf çöldə gəzən çobanın.
Dərzi, sərrac, külahduz, dəmirçi, zərgər,Bu beşin vəsfinə sabitdir işi qalanın.
Dərzi on düşlük apardı payızın ibtidası,Atdı fil-fövr onu guşəsinə dükanın.
Dedi: bu həftə gələn həftə təmamən tikərəm,Cümlə müstəhkəm edib düymə ilən qaytanın.
Söz uzundur, nə deyim, altı ayı etdi təmam,Hər dində düşəydi qarşısına imanın.
Tikdi beş dənəsini xeyli məşəqqət ilə,Yaz olubdur, nəyinə lazım olur alanın.
Kitabxana.az · https://kitabxana.az/en/works/el-sairleri-adsiz-ustalar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
MənSəyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən,Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Gəraylı: Siz görək sani-biçunSiz görək sani-biçun,Nə əcəb sənət eyləmiş,