Mən
Səyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən,Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən.Çəkərəm gül minnətini bir qönçə gül eşqinə,Səhra gəzdim, dağ dolandım, sığınnam Sübhana mən.
Üç ay yazdı, üç ay yaydı, üç ay payız, üç ay qış,Olmuşam leyli-nahar intizarı,sırxapiş.Əl götür fbli-fəsaddan, axirət üçün bir çalış,Ay ağalar, bənzərəm bu dünyada mehmana mən.
Xəstə Hasan elə cövrə,söylə, necə dayansın,Böylə dönsün çərxi-gərdiş, dövran belə dolansın.İsrafil surunu çalsın, cəmü məxluq oyansın,Uyaram o məxluqata, gələrəm nizama mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-hasan-men
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
El acından qırılır, dava miz üstündə gedir,Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.
Nə deyirBağban qardaş mənim vəsfi halımı,İntizarlı yara de, gör nə deyir.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.