Mənim sonam cilvə verib özünə,Darayıb, gərdənə tökər muyların.Görən həsrət, görməyənnər qiyamət,Bu qədər sitəmə yetər muyların.

Şan verib şanədən, cığalı başdan,Yan verib yanınnan, tökülüb döşdən,Müjgan kirpiklərin o qələm qaşdan,Enər dal gərdənə yatar muyların.

Xəstənin sevdiyi növbahar fbsli,Binadan gözəldi onnarın nəsli,Necə yaxdı xan Kərəmi xan Əsli,Məni də yandırar betər muyların.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love