Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Bərabərimdə nigarım yanaydı şəm kimi,Mən ahi-sərd çəkəydim, o gərmi-söhbət olaydı.
Gəhi duraydı qabağımda sərv qamətilən,Gözüm görə-göra bn nəşədə qiyamət olaydı.
Deyib, gülüb, oturaydıq kəmali işrətilən,Bəsani-ayinə, dil xali əz küdurət olaydı.
O qədr söhbət edəydik olaydı nisfülleyl,Yataydı yar dizim üstə, başı rahət olaydı.
Kənarə can tək alaydıra o tifli-məsumu,Bu şərtilən aramızda hicabi-ismət olaydı.
Təhəmmül etməyə bari-girani-möhnətə, kaş,Özümdə səbrü təhəmmül, dizimdə taqət olaydı,
Günüzlü yaridə ya olmayaydı işvəvü naz,Bu nazı çəkməyə ya inki, məndə halət olaydı.
Şərari-şəmilə gördüm yanaldı pərvanə,Dedim: bu şivə, nolur əhli-eşqə adət olaydı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yetibdi təngə dəxi təngnayi-aləmdən,Əcəl gələydi, bu Sərraf öləydi, rahət olaydı.
Kitabxana.az · https://kitabxana.az/en/works/haci-rza-serraf-nolardi-meclisimiz-bir-deqiqe-xelvet-olaydi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eyləDilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.
Poems by other poets · Love
Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Düşərmi?Salmaq nəzərindən məni cananə düşərmi?Tərk eyləmək öz qulunu sultanə düşərmi?
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,