Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə,Yetibdi faili-müxtarın ixtiyar əlinə.

Könul, gər ıstəyırsən məstı-camı-eşq olasan,İnani-huşunu ver yari-huşiyar əlinə.

O gün ki, qismət edibdir vücudu cüzvbəcüz,Veriblə rişteyi-səbrü qərarı yar əlinə.

Həvayi-darilə Mənsurun əql şahbazi,Uçub qonub səri-giysuyi-tabdar əlinə.

Nolurdu bircə gedəydi xəzan, gələydi bahar,Düşeydi daməni-gül əndəlibi-zar əlinə.

Hənayə bax, necə gör bihəyadı, qanə dönüb,Utanmayıb qızarıb, əl verib nigar əlinə.

Çəkibdi kamına könlüm quşun o zülfi-siyəh,Udar, bəli, düşə güncüşk beççə, mar əlinə.

Əlində öz məməsin oynadırdı yar, dedim:Ənari-tazə düşüb sərvi-gülüzar əlinə.

Demə bu aşiqə: Gəl, tari-zülfümə vur çəng,Vücudu çəng olu gər düşsə bircə tar əlinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu növilən ki, yanar odlara, yanar Sərraf,Xilas olunca salır nəqdi-xoşəyar əlinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love