Rus vəliəhdinə
Qafqaz canişininə
Ey vəliəhd, sənə lütfi-xuda yar olsun,Dəstgirin əbədən qadiri-muxtar olsun!
Güləşəni-dəhrdə sərsəbz nihali-bəxtin,Ey sərəfrazi-cahan, ta ki, cahan var, olsun!
Çeşmi-bəddən səni hifz eyləsin oy həyyü qofur,Baxsa hər kim, sənə gəc, dərdə giriftar olsun!
Sayəbani-sipəhin ətləsi-çərxi-əxzər,Pasiban dərgəhinə əncümü səyyar olsun!
Cami-eyşin meyi-gülrəng ilə daim ləbriz,Qədəhi-bəzmi-nəşatın dəxi sorşar olsun!
Əmrinə bəndeyi-fərman Buxara, Xarəzm,Hökmünə Çinü Xəta tabeyi-iqrar olsun!
Düşsə hər cayə yolun şamü səhər fothü zəfər,Ol biri pişrovun, biri qəfadar olsun!
Dustun xoşdilü xürsənd ola, bədxahlərinBidi-Məcnun kimi həmvarə nigunsar olsun!
Pərtövi-mehri-rüxun etsin üfüqdən tale,Çeşmi-bədbini-ədu şəbpərəvəş tar olsun!
Nə əcəb, sümmi-səməndi-sipəhinlə yeksərKühi-Əlburz biyaban kimi həmvar olusn!
Çoxdur ümmid bu dəm qovmi-Çeçən, əhli-AvarDağılıb hər tərəf avarəvü idbar olsun!
Şahbazi-dəri-dövələt nə bilir ovci-həziz,Götürər çənginə yüz tayiri-gühsar olsun!
Eylədi xuldi-bərin Tiflisi feyzi-nəzərin,Bas Qarabağə qədəm, məskəni-gülzar olsun!
Qələt etdim bu sözü, hanı o sər bizlərədəKim, vəliəhdi-şəhə layiqi-iysar olsun!
Yoxdu bu əsrdə ol şairi-pürzur, əfsus,Deyə bir mədh ki, şənində səzavər olsun!
Şairə eyb deyil, zabitədir təbi səlim.Dərk edər anı ki, güncayişi-göftar olsun!
Baisi-fəxri-vücudat ola bir paknijad,Vəsfü övsafi-kəmalatı nə miqdar olsun!
Nəzmi-mən, – pişi-Süleymanə necə muri-həqirGətdi ta payi-mələx, – həcati izhar olsun.
Pirəzən dəstinə almış kələfi-rismaniYusifi-Misrə həmana ki, xiridar olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-rus-veliehdine
Use ← → keys to move, R for a random poem
More by this author
Hüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Gövhər ağayaEy gövhəri-pakizeyi-dəryayi-lətafət,Vey kani-həqayiq!
Aslan, qurd və çaqqalGörmüşəm nüsxədə bir türfə misal,Əyyami-sabiqdə bir qurd, bir çaqqal.
Dəvə və eşşəkGörmüşəm nüsxədə bir şərhü bəyan,Yük tutub sabiqən tüccari-İran,