Sənin xatirinə
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.Hicrandan boynu bükülü,Mənəm, sənin xatirinə.
Yolumu duman bağlasa,Köksümü həsrət dağlasa,Gözlərimdə sel çağlasa,Gülləm, sənin xatirinə.
Gəl yandırma gülün ilə,Çox oynama külüm ilə,Son tikəmi sənin ilə,Bölləm, sənin xatirinə.
Bilmirəm, mələksən, nəsən,Can verərəm, can istəsən.Bircə kəlmə öl söyləsən,Ölləm sənin xatirinə...!!
Kitabxana.az · https://kitabxana.az/en/works/nusret-kesemenli-senin-xatirine
Poems by other poets · Separation
Eşq camından içən kimsə huşyar olmaz
Eşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
هر که با عارض زیبای تو خو کرده بودگر دمی با تو برآرد نه نکو کرده بود
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,