Eşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.

Qorxu bilməz, eləməz şahü gədadən pərva,Məsti-məstanə gəzər, kağəzü tumar olmaz.

Buteyi-hicrdə bülbül kimi əfğanə gələr,Qeysi-biçarə kimi vəslə xəridar olmaz.

Tərk edər ləzzəti-dünyanı, keçər canından,Sikkəni dağ qılar, talibi-dinar olmaz.

Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa,Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Alışı şəm kimi, odlaşı pərvanə kimi,Can verər yarə Nəbati kimi, biar olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love