Başıma gəldi
Gör arxamca necə düşüb fəsli-baharım,Məni yalqız buraxmadı, qışıma gəldi.O, daradı saçlarımı yaz yelləriylə,Çiçək taxdı torpağıma, daşıma gəldi.
Yandı üfüq, açdı çiçək, köpürdü sular,Körpə kövrək tumurcuğa döndü duyğular.Cana gəldi donuq hisslər, ölən arzular,Könlümdəki bu intibah xoşuma gəldi.
Bu nə idi? Qınamıram mən təbiəti,Sevənlərdən əsirgəmir saf məhəbbəti.Elə bil ki, bu dünyanın dadı, ləzzətiBircə anda çörəyimə, aşıma gəldi.
Bu sözləri mən hər dosta, yada demişdim,– Verdim eşqi, məhəbbəti bada – demişdim.Mən ki sevgi sevdasına vida demişdim,Ay həzərat, bu nə işdi başıma gəldi?!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-basima-geldi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünKim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəbQılsa vəslin şamımı sübhə bərabər, yox əcəb;Rəsmdir fəsli-bahar olmaq bərabər ruzü şəb.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.