İtin intəhasız sədaqətindənDanışdı mənə,İtin intəhasız məhəbbətindənDanışdı yenə.Sonra eşitdim ki, itin boynunaVurub o, zəncir.Mən heyrət elədim doğrusu ona –Bu zəncir nədir?!Bir gün belə xəbər eşitdim yenə:

Qırılan kimi,Köpək sıçrayıbdır öz sahibinəBir ilan kimi.Onu parçalayıb bir an içindəZəncirli köpək,Sahibi uzanıb al qan içindəÇənə döyərək.İt belə göstərib məhəbbətiniOna ürəkdən...İtin zəncirdəki sədaqətiniİstəmirəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets

Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirza Ali Mojuz6 min
Məşkat

Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat

Samad efendi Mahzun of Dahna1 min
Ey güli-tər, məni xar eyləmədinmi? Elədin

Ey güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.

Abdulkhalig YusifGhazal1 min
Olur

Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,

Maskin Hasan1 min