Qıfıllı qapını ayıb sayan biz,Qıfılsız qapılar arzulayan biz,Qıfıllar vururuq hər şeyə indi.Qıfılsız bir qapı tapmaq çətindi.Qıfıl evimizə, eyvanımıza,Qıfıl bağımıza, bostanımıza,Qıfıl maşınlara – aparmasınlar,Qıfıl vitrinlərə – qoparmasınlar.Az qala cibə də qıfıl qoyaq biz,Paltarı bədənə qıfıllayaq biz!İnsana qalmayıb etibarımız,Əgər varsa bizim bir az varımız,Əgər gümanımız gəlirsə pulaOnu tapşırırıq dəmir qıfıla.Dost səndən üz tutub soruşuram mən:Bizim istəyimiz buydumu görən?Qıfıl vurmaqdansa suya, çörəyəGəl, vuraq qıfılı əyri ürəyə!Gəl, əyri gözlərə qıfıl qoyaq biz,Gəl, əyri əlləri qıfıllayaq biz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets