Nənə son nəfəsdədir,Nəvə bunu qanmayır,O bilmir həyat nədir,Ölümə inanmayır.

Gülür, atılır göyə,Dəcəllikdən doymayır.Hamı qəmlidir – niyə? –Uşaq bunu duymayır.

Xəstənin yorğanındaGəzir əli yenə də:– Nənə, nənə, yanındaTez ol, yer ver mənə də.

Dönüb, neçə sərt baxışUşağa – çəkil – dedi.– Nənə, bir nağıl danış.Danış Məlikməmmədi.

Dil boğaza qoymayırUşaq danışır yenə.Təzə həyat duymayırKi, artıq yoxdur nənə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets