Ayrılanda söylədin:“On birdə zəng vuraram”.On ikiyə işləyir,Qalmayıb səbr, aram,Keçdi iki dəqiqə,Telefon danışmayır,Qəlbim dəqiqəni yox,İndi anları sayır.Üç dəqiqə... beş... altı...Bu necə telefondu?Yoxsa zənglər tufana,Şaxtaya düşdü, dondu?Yoxsa əsib hardasaSoyuq şimal yelləri,Hardasa qırılıbdır

Telefonun telləri?İndi mən sükut doluTufana dözəmmirəmBeş günə necə dözdüm,Beş ana dözəmmirəm.Telefonun nömrəsiYoxsa çıxıb yadından?Öz-özümə zəng vurumYoxsa sənin adından?Dindi cingiltili zəng,Bu şəfa zəngləridi.Telefonun deyəsənŞimal buzu əridi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets