Tarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!De, necə sığışır kiçik köksünəSevincli, kədərli mahnılar sənin!

Çalırsan bir anda gözlərim dolur,Oyanır başımda neçə xatirə.Hər xalın canlanıb bir lövhə olur,Barmağın dəydikcə zil pərdələrə.

Çalırsan, elə bil nəql eləyirsənBir ömrün kədərli tarixçəsini.Hardan, söylə, kimdən öyrənmisən sənBu qəmli ürəyin titrək səsini?

O sinən sirrlərin xəzinəsimi?Hər dəstgah bir ömrün yoludur, nədir?Nəğmən tükənməyir dəryalar kimiTarizən, ürəyin doludur, nədir?

Yenə bir hekayət çal bu gün mənə,Neçə çalınmamış mahnın var sənin.De, necə sığışır kiçik sinənəSevincli, kədərli mahnılar sənin?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets