Səhər açılırdı...Bir bülbül səsiQəfildən oyatdı məni yuxudan,Üfüqün ləkəsiz təmiz çöhrəsi,Bir də sübh yeliydi onu oxudan.

Hava da təmizdi –Xəbis nadanlarGörünür yuxudan oyanmamışdı.Sular da təmizdi –Namərd adamlarHələlik sahildə dayanmamışdı.

Yolların tozunu yatırmışdı şeh,Orda görünmürdü əyri ayaqlar.Laləli cığırlar bir qövsi-qüzeh,Təmizdi, aydındı sakit uzaqlar.

Qalxıb durmamışdı yuxudan hələNə yalan, nə saxta, nə pis, nə riya.Bülbül cəh-cəh vurub gəlirdi dilə,Ötürdü saflığı o, duya-duya.

Nə qədər gözəldi bülbülün səsi!Büllur təmizlikdi onu oxudan.Xoşbəxtəm,Təmizlik, saflıq nəğməsiBu səhər oyatdı məni yuxudan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring