Bir qəzet parçasına bükülübdür naharım,Çörək, arasında yağ...Gərək işə aparım.

Qəzetdəki yazıya birdən sataşır gözüm:Hardasa aclıqdı bərkFəqət insanlar dözür.

Qəzet yazır aclıqdır, çörək tapılmır... AncaqÖzünə bükülübdür naharım:Çörəklə yağ.

Düşünmədən, duymadan bu aclığı, möhnətiYeyəcəyəm çörəyi,Atacağam qəzeti...

Deyirəm, laqeydlik olmasaydı bu qədərNə səfillər qalardı,Nə aclar, dilənçilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets