Həyat
Kiminə laləli seyrəngah olmuş,Kiminə quyudur, tələdir həyat.İnsanı üyüdür dəyirman kimi,Sonra da ələkdən ələdir həyat.
Yolları gah nurlu, gah da dumandır,Gah bəla gətirən, gah qəm alandır.Kiminə dalğalı bir okeandır,Kiminə damcıdır, gilədir həyat.
Kiminə şeş qoşa, kiminə dübir,Kimini şah edir, kimini vəzir,Kiminin gözündə kefdir, nəşədir,Kiminə ağır bir şələdir həyat.
Gah qurur, yaradır, gah da sökdürür,Gözü gah güldürür, gah yaş tökdürür.Quzuya şir kimi nərə çəkdirir,Şiri quzu kimi mələdir həyat.
Qəmə sevinc qatır, sevincə kədər,Verdiyi nəşə də əzabdan betər.Kürçaylı, bu giley, şikayət yetər,Əzəldən belədir, belədir həyat!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-heyat
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey dəhanı şəkər, ləbləri badə,Gün camalın eşq əhlinə ayinə.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Ana laylasıBalama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,
خستهام نیک از بد ایام خویشطیرهام بر طالع پدرام خویش