Ey dəhanı şəkər, ləbləri badə
Ey dəhanı şəkər, ləbləri badə,Gün camalın eşq əhlinə ayinə.Üzün gördü şeyda könül məst oldu,Nə hacət ki, həşr olunca ayinə.
Səni məndən, məni səndən sanaram,Tanrı üçün uzaq tutma sən aram.Vüsalından ayrılalı sanaram,Yetə bilməm həftəsinə, ayına.
Sənsiz mənə dolandıqca sal sənə,Əşkim dərya, cismim oldu sal sənə.Nolur niqabını üzdən salsənəGünəş göydə səcdə qıla, ay enə.
Neçin kəsdin sinəm üstən ayaqlar,Üzün göstər, sərməst olsun ayıqlar.Həsrət çeşmim, qan-yaş tökər, ay ağlar,Gördüm ola bir də üzün, ayə, nə?
Vidadiyi-xəstə oxu miyandır.Qur sən tər sadağın oxumu yandır,Kim hüsnün kitabın oxumayandır,Nə bilir ki, hədis nədir, ayə nə?
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-ey-dehani-seker-lebleri-bade
More by this author
Ey məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?
AğlaramÇərxi-fələk zülmü ziyad eyləmiş,Hicran məni gündə döyər, ağlaram.
Ay ağalar, bir nigarın odunaAy ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.
Aylar, illər həsrətini çəkərdimAylar, illər həsrətini çəkərdim,Şükür yetdim vüsalına, sevdiyim!
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
The Seven Beauties, chapter 23One day with an ascendant auguring good (King) Bahram took his place upon the throne.Where’er there was a king or emperor, a giver or a holder of the crown —
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram